“15 illik zəmanət verməyə hazırdırlar”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevə 15 il müddətinə təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Xatırladaq ki, Ukrayna lideri dekabrın 24-də 20 bənddən ibarət genişmiqyaslı sülh planının tam versiyasını ictimaiyyətə təqdim edib. Sənəddə Ukrayna üçün NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər güclü təhlükəsizlik zəmanətləri, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər səviyyəsində sabitləşdirilməsi və razılaşma imzalandıqdan dərhal sonra ölkədə seçkilərin keçirilməsi nəzərdə tutulur.