Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb - FOTO

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb. Milli.Az xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avto qəza nəticəsində D-119-luq qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək. Milli.Az