Mingəçevir-Ağstafa marşrutu üzrə qatarların fəaliyyəti dayandırıldı

Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti dayandırılaraq Mingəçevir-Gəncə marşrutu ilə əvəzlənib. Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, baş verən dəyişiklik Mingəçevir-Ağstafa marşrutu üzrə müşahidə olunan sərnişin azlığı ilə bağlıdır. Mingəçevir-Gəncə qatarının hərəkət qrafiki də dəyişib. Hazırda bu marşrut üzrə səhər və axşamüstü olmaqla gün ərzində iki dəfə sərnişin qatarı hərəkət edir. Məlumata görə, növbəti ildən Mingəçevir-Bakı qatarının xəttə buraxılması gözlənilir. Milli.Az