Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara — Münasibət
Türkiyənin Xarici İşlər Nazirliyi Minsk Qrupu və onunla əlaqəli strukturların bağlanmasına dair qəbul olunan qərar ı alqışlayıb. “Qafqazinfo” xəbər verir ki, Türkiyə XİN bu barədə bəyanat yayıb. “Minsk Qrupunun bağlanmasına və onunla əlaqəli strukturların ləğv edilməsinə dair ATƏT Nazirlər Şurası tərəfindən 2025-ci il sentyabrın 1-də qəbul edilən qərarı məmnuniyyətlə qarşılayırıq. İki ölkənin birgə səyləri ilə mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin önəmli mərhələlərindən birini təşkil edir”, - məlumatda bildirilib.

Şərh verin