Əfqanıstanda yenə güclü zəlzələ oldu

Bu gün Əfqanıstanın cənub-şərqində 5,5 bal gücündə zəlzələ olub. Milli.Az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" Almaniya Geoloji Elmlər Tədqiqat Mərkəzinə (GFZ) istinadən məlumat yayıb . Dağıntılar və tələfat barədə məlumat verilməyib. Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanda dağıdıcı zəlzələ baş vermişdi. Milli.Az