Rusiyada güclü zəlzələ oldu
Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. "Maqnituda - 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 3", - məlumatda bildirilir. Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib. Zərərçəkənlər və dəymiş ziyanla bağlı hələlik məlumat daxil olmayıb. Milli.Az

Şərh verin