“Toyota” yoldan çıxaraq supermarketə girdi — Video
Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub. “Qafqazinfo” xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb. Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb.

Şərh verin