Moody`s Azərbaycanda iqtisadi artım göstəricisini açıqladı

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Milli.Az xəbər verir ki, agentlik 2026-cı ildə ölkədə real ÜDM-in artımını 3 % səviyyəsində proqnozlaşdırıb. "Moody`s" 2027-ci ildə isə Azərbaycan iqtisadiyyatının 2,5% artacağını gözləyir. Qeyd edək ki, reytinq agentliyi bundan əvvəl 2025-ci il üzrə iqtisadi artımı 1,5 % səviyyəsində müəyyən etmişdi. Başqa sözlə, cari il üzrə agentliyin gözləntiləri digər xarici maliyyə institutları və təşkilatlarına nisbətən daha pozitivdir. Milli.Az