"Qarabağ" - "Ayntraxt" matçının bütün qolları - VİDEO
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb. Milli.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb. Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq. Milli.Az oyunda vurulan bütün qolalrı təqdim edir: Milli.Az

Şərh verin