Qışda yüksək əhval yaradan qidalar açıqlandı

Soyuq və günəşsiz qış aylarında bir çox insanda halsızlıq və əhval düşkünlüyü müşahidə olunur. Mütəxəssislər bildirir ki, düzgün qidalanma əhvalın yüksəlməsində mühüm rol oynayır. Milli.Az xəbər verir ki, araşdırmalara görə, aşağıdakı qidalar xoşbəxtlik hormonlarının (serotonin və dopamin) artmasına kömək edir: Tünd şokolad - stressi azaldır, əhvalı yüksəldir Banan - serotonin istehsalını artırır Qoz, badam, fındıq - sinir sistemini gücləndirir Balıq (xüsusilə somon) - omega-3 ilə depressiya riskini azaldır Yumurta - B vitaminləri ilə enerji verir Yulaf və tam taxıllar - qan şəkərini balansda saxlayır Portağal, naringi, limon - C vitamini ilə yorğunluğu azaldır Mütəxəssislər qış aylarında bu qidaların rasiona daxil edilməsini, eyni zamanda kifayət qədər su içməyi və gün işığından mümkün qədər faydalanmağı tövsiyə edirlər. Milli.Az