"Mardinli Merilin Monro" həbs edildi

Türkiyənin Mardin şəhərində "Mardinli Merilin Monro" ləqəbi ilə tanınan Melek Akarmut saxlanılıb. Milli.Az xəbər verir ki, 50 yaşlı Melek Akarmutun sosial media hesabında 15 iyul 2016-cı il çevriliş cəhdi ilə bağlı cinayət tərkibli olduğu iddia edilən paylaşımlar etməsi səbəbindən barəsində araşdırma başlanılıb. Məlumata görə, Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma çərçivəsində Akarmut nəzarətə götürülüb. Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra o, məhkəməyə göndərilib. Prokurorluqda ifadəsi alınan Melek Akarmut daha sonra növbətçi məhkəmənin qərarı ilə "ictimaiyyətə açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı əsasında həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)