Bəhlul Mustafazadənin qolu tarixə düşdü

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub. Milli.Az xəbər verir ki, o, Almaniyanın "Ayntraxt" komandası ilə matçın 90+4-cü dəqiqəsində fərqlənərək diqqət mərkəzinə düşüb. 28 yaşlı müdafiəçinin vurduğu qol "Qarabağ" üçün həlledici olub. Qeyd edək ki, "Qarabağ" doğma azarkeşləri önündə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək əzmkar qələbəyə imza atıb. Ayxan Milli.Az