Bakıda motosikletlə minik avtomobili toqquşub, 1 nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Milli.Az xəbər verir ki, hadisə dünən gecə saatıarında Nərimanov rayonunda baş verib. 1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi "İhondza FX32" markalı motosiklet ilə toqquşub. Hadisə nəticəsində Ramal Səfərli ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Milli.Az