Haluk Levent həbs olundu

Türkiyənin tanınmış müğənnisi və "Ahbap" dərnəyinin qurucusu Haluk Levent barəsində aparılan istintaq çərçivəsində həbs qərarı verilib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Leventlə yanaşı, vəkil Ece Güner də daxil olmaqla ümumilikdə 14 nəfər məhkəmənin qərarı ilə həbs edilib. Bildirilir ki, araşdırma "Ahbap" dərnəyinin maliyyə fəaliyyəti, ianələrin xərclənməsi və bəzi pul köçürmələri ilə bağlı irəli sürülən iddialar əsasında aparılır. Xatırladaq ki, Haluk Levent rəhbərlik etdiyi "Ahbap" dərnəyi vasitəsilə 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra genişmiqyaslı yardım kampaniyaları təşkil etmiş və toplanan ianələrlə ictimaiyyətin diqqət mərkəzinə düşmüşdü. Haluk Leventə qarşı "Dərnəklər haqqında" qanunu pozma, çirkli pulların yuyulması və cinayət təşkilatına üzvlük ittihamları irəli sürülüb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)