Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndi növbəti köç karvanını qəbul edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə kəndə 9 ailə, ümumilikdə 52 nəfər köçürülüb. Şükürbəyliyə köç edən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Köçürülən sakinlər artıq doğma yurdlarında daimi yaşayışa başlayacaqlar. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)