Dəm qazı daha bir can aldı — 4 nəfər xəstəxanalıq oldu - Yenilənib

Yevlaxda dəm qazı zəhərlənməsindən bir nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd zəhərlənmədən vəfat edib, dörd nəfər isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Yevlax Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 06:10 radələrində 4 nəfər şəxs (3 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib. Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”. Ziya Əmirxanlı