Avropada ən populyar 10 maşın modeli

2025-ci ilin iyul ayı nəticələrinə görə Avropada ən populyar 10 avtomobil məlum olub. Milli.Az xarici mənbələrə istinadla xəbər verir ki, Avro bazarında lider "Dacia Sandero" heçbek modeli olub və iyul ayında 21 min ədəd satılıb. İkinci sırada Volkswagen T-Roc (20,7 min ədəd), üçüncü isə Toyota Yaris Cross (17 min ədəd) yer alıb. Top-10-luq siyahısına aşağıdakı avtomobillər daxildir: Volkswagen Tiguan krossoveri - 16,2 min ədəd Volkswagen Golf - 15,6 min ədəd Skoda Octavia - 15,3 min ədəd Kia Sportage - 15 min ədəd Dacia Duster - 14,8 min ədəd Renault Clio - 14,3 min ədəd Opel Corsa - 14 min ədəd İslam Milli.Az