Donnarumma rəsmən “Mançester Siti”də

İtaliya millisinin qapıçısı Canluici Donnarumma “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. İngiltərə klubu Donnarumma üçün PSJ-yə 30 milyon funt sterlinq (təxminən 35 milyon avro) ödəyib. Qeyd edək ki, 26 yaşlı qolkiper PSJ-də dörd mövsüm çıxış edib və bu müddətdə 10 titula sahib olub. O, həmçinin, ötən mövsüm UEFA Çempionlar Liqasını qazanıb və dörd dəfə Liqa 1 çempionluğu yaşayıb.