İstehsalatda faciəvi statistika: yüzlərlə xəsarət, onlarla ölüm
2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr məlum olub. Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib. Onun sözlərinə görə, 2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı iqtisadi sahələr tikinti və emal sənayesidir. Bildirib ki, xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halındaolan bu hadisələr nəticəsində 75 nəfərvəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb: "İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə istehsalat zədəsi formalı aktın verilməsi təmin olunub". Mina Mikayılova Milli.Az

Şərh verin