Sürücülərin nəzərinə!
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Şərh verin