Qazi vəfat etdi - FOTO

Lənkəran rayonunda qazi vəfat edib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib. O, döyüş əməliyyatlarında fəal iştirak edib və aldığı xəsarətlərə görə qazi statusu alıb.