Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü
Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib. Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.

Şərh verin