64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini 2003-cü il təvəllüdlü Xəyal Qubadlı qonşusu1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikayılovaya bıçaqla xəsarət yetirib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən X. Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.