Kürdəmirdə avtomobillər toqquşdu - Xəsarət alanlar var - FOTO

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki "Mersedes" markalı yük maşını ilə "Şevrolet" markalı avtomobil toqquşub. Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"