21 yaşlı oğlan küçədə infarktdan öldü - FOTO

Bakıda gənc oğlan infarktdan ölüb. Milli.Az xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib. Dünən saat 13 radələrində Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib. Onun infarktdan dünyasını dəyişdiyi müəyyənləşib. Araşdırma aparılır. Milli.Az