52 yaşlı kişinin meyiti tövlədə tapıldı

Lənkəranda kişi meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov