Kambyaso “Barselona”ya transfer olunmaq istəyir

Kataloniya klubu onu prioritet hesab etməsə də, "Yuventus"un müdafiəçisi Andrea Kambyaso "Barselona"ya transfer olunmağa ümid edir. Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə "Mundo Deportivo"ya istinadən məlumat verir. Mənbənin məlumatına görə, müdafiənin hər iki tərəfində oynaya bilən italyan oyunçu müdafiənin sol cinahını gücləndirmək üçün bir seçimdir. Lakin əvvəllər "Barselona"nın "Yuventus"la müqaviləsi 2029-cu ilə qədər olan və transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilən 26 yaşlı futbolçunu transfer etmək planının olmadığı bildirilirdi. "Çelsi" və "İnter" Kambyaso ilə maraqlandıqlarını bildiriblər, lakin oyunçunun özü "Kamp Nou"ya keçmək istəyir. "Barselona" hazırda mərkəz hücumçusu transfer etməyə diqqət yetirir, yalnız bundan sonra sol cinah müdafiəçisi də daxil olmaqla, digər mövqelərə qayıda bilər.