Pakistandakı yanğında ölənlərin sayı — 67-yə çatdı

Pakistanın Kəraçi şəhərində yerləşən “Gul Plaza” ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı artıb. “Qafqazinfo” xəbər verir ki, yanğında həyatını itirənlərin sayı 67-yə çatıb. Məlumata görə, onlardan yalnız yeddisinin şəxsiyyəti müəyyən edilib. Hazırda axtarışlar davam etdirilir.