Əhməd əl-Şaraa xanımı ilə restoranda görüntüləndi - VİDEO
Suriya Prezidenti Əhməd əl-Şaraa və həyat yoldaşı Lətifə əl-Durubinin yer aldığı görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub. Milli.Az xəbər verir ki, yayılan kadrlarda prezidentin Dəməşq yaxınlığında yerləşən Bludan bölgəsindəki restoranlardan birində həyat yoldaşı ilə birlikdə vaxt keçirdiyi görünür. Onlar birlikdə qəhvə içərək söhbət edərkən kameraya tuş gəliblər. Görüntülər qısa müddətdə internetdə yayılaraq müxtəlif reaksiyalara səbəb olub. İzləyicilərin bir qismi prezident cütlüyünün sadə və rahat görüntüsünü müsbət qarşılayıb, digərləri isə kadrları ölkədəki son siyasi proseslərlə əlaqələndirərək müzakirə ediblər. Paylaşılan video xüsusilə regiondakı son hadisələr fonunda diqqət çəkib. Sosial media istifadəçiləri görüntülərlə bağlı çoxsaylı şərhlər yazaraq fikirlərini bölüşüblər. Qeyd edək ki, yayılan kadrlar qısa müddətdə böyük maraq toplayaraq gündəmin müzakirə olunan mövzularından birinə çevrilib. Musa Milli.Az

Şərh verin