İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır
Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmiş Ş.Hafizovun vəziyyəti ağırdır. Araşdırmalar aparılır.

Şərh verin