Gəncədə bıçaqlanan şəxs öldü
Bıçaqlanaraq xəstəxanaya yerləşdirilmiş Göygöl rayon sakini xəstəxanada vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşad Əmrahov Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin harada, hansı şəraitdə baş verdiyi hələlik bilinmir. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin