Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.