Luçesku xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb. Milli.Az xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib. Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırılırdı. Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır. Milli.Az

Şərh verin