Goranboyda iki qadın kimyəvi maddədən zəhərləndi

Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Qazaxlar kənd sakinləri 1967-ci il təvəllüdlü Afət Quliyeva və 1984-cü il təvəllüdlü Leyla Qəmbərova kimyəvi maddədən zəhərləniblər. Hər iki qadın xəstəxanaya çatdırılıb, vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev