Putin Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib. Rusiya KİV-in məlumatına görə, Putin həmkarına ünvanladığı məktubda onun dövlət başçısı kimi fəaliyyətini yüksək qiymətləndirib. Rusiya lideri qeyd edib ki, Mirziyoyevin prezidentlik fəaliyyəti Özbəkistanın sosial-iqtisadi inkişafı və ölkənin beynəlxalq nüfuzunun artması ilə yadda qalıb. "Prezident vəzifəsində fəaliyyətiniz Özbəkistanın uğurlu sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artması ilə əlamətdardır", - deyə Putin təbrik məktubunda bildirib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin