“Transfermarket” dünya çempionatının rəmzi komandasını açıqladı

"Transfermarkt" portalı 2026-cı il dünya çempionatının rəmzi yığmasını təqdim edib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, siyahıda İspaniya, Argentina və Fransa futbolçuları üstünlük təşkil edib. Turnirin rəmzi komandası belədir: Qapıçı: Emiliano Martines (Argentina) Müdafiəçilər: Mark Kukurelya (İspaniya), Lisandro Martines (Argentina), Pau Kubarsi (İspaniya), Əşrəf Hakimi (Mərakeş) Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Lionel Messi (Argentina) Hücumçular: Kilyan Mbappe (Fransa), Maykl Olise (Fransa), Erlinq Holand (Norveç) Qeyd edək ki, mundialın qalibi finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya yığması olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)