Qazaxıstanda hava taksisinin nümayişi — Video
Qazaxıstanın Astana şəhərində “AutoFlight Prosperity” pilotsuz hava taksisinin nümayiş uçuşu keçirilib. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, uçuş 10 dəqiqə davam edib. Bildirilir ki, uçuş aparatı səmada iki dəfə dövrə vuraraq 2,4 km məsafə qət edib. Təhlükəsizlik səbəbindən aparatın kabinəsində insan olmayıb, aerotaksi müəyyən edilmiş trayektoriya üzrə avtomatik idarə olunub. Qeyd edək ki, “AutoFlight Prosperity” uçuş aparatı bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Aparat elektriklə çalışan 13 mühərriyi sayəsində 200 km/saat sürət yığa, həmçinin şarj olunmadan 200 km-dək məsafə qət edə bilir. Qazaxıstanda aerotaksinin ilk uçuşu mayın 19-da Alatau şəhərində baş tutub.

Şərh verin