Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub

Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi olacaq. Milli.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, 58 yaşlı mütəxəssislə 2030-cu ilin iyul ayınadək qüvvədə olacaq müqavilə imzalanıb. Almaniya Futbol Federasiyasının rəsmi açıqlamasının və Kloppun təqdimat mərasiminin bu gün keçirilməsi gözlənilir. Qeyd edək ki, Almaniya millisinin əvvəlki baş məşqçisi Yulian Nagelsman olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)