“O qədər ciddi olduğunu bilmirdim”

ABŞ Prezidenti Donald Tramp ölümü ilə bağlı sosial mediada yayılan xəbərlərdən məlumatsız olduğunu deyib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə yerli KİV-ə açıqlamasında danışıb: “Xeyr, mən həftə sonu həqiqətən çox aktiv idim, o qədər də ciddi bir şey eşitməmişdim. “Yaxşısan?”, “Özünü necə hiss edirsən?”, “Nə olub?” kimi suallar alırdım. Amma o qədər ciddi olduğunu bilmirdim. Cəmi iki gün heç bir iclasa qatılmadım. Bayden aylarla görüş keçirmirdi”.