Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb

Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA -ya istinadən bildirir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hadisə üç avtomobilin iştirakı ilə baş verib. Ağır qəza nəticəsində sürücülərdən biri - Şərifağa Əmənov həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)