Biləsuvarda üç avtomobil toqquşdu: 1 nəfər öldü

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - Şərifağa Əmənov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzanın başvermə səbəbləri araşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)