Neft qiymətləri bahalaşdı
Dünya əmtəə bazarlarında neftin qiymətində artım qeydə alınıb. "ICE London" qitələrarası birjasında aparılan ticarət zamanı 2026-cı ilin sentyabr çatdırılmalı Brent markalı neftin bir barelinin qiyməti 1,1 faiz bahalaşaraq 85,16 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin avqust fyuçersləri üzrə WTI markalı neftin bir bareli 1,28 faiz bahalaşaraq 79,96 ABŞ dolları olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin