Gədəbəy sakini qayalıqdan yıxılıb öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb. O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev