MDB ilə Saziş təsdiq ediləcək
Müstəqil Dövlət Birliyinə daxil olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığı ilə bağlı Saziş təsdiq ediləcək. “Qafqazifo”nun məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Nuranə Daxilqızı

Şərh verin