Mbappedən Fransa millisinin məğlubiyyəti ilə bağlı açıqlama
Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe dünya çempionatının yarımfinalında İspaniyaya məğlubiyyəti şərh edib. Milli.Az-ın o xu.az -a istinadən verdiyi məlumata görə, Mbappe bildirib ki, komanda qarşılaşma zamanı planlaşdırılan oyunu göstərə bilməyib. "Nə texniki, nə də taktiki baxımdan istədiyimiz səviyyədə çıxış etdik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni yerinə yetirməyəndə qalib gəlmək mümkün deyil. İspaniya öz oyun üslubuna sadiq qaldı. Onlar topa sahib olmağı və oyunun tempini idarə etməyi sevirlər. Bizim məqsədimiz rəqibə yüksək təzyiq göstərmək və onların rahat oyun qurmasına imkan verməmək idi. Lakin topu qazandığımız anlarda belə ilk toxunuşlarda səhvlər etdik. Belə məqamlar da məğlubiyyətə səbəb olur. Bu, bizim üçün böyük məyusluqdur. Reallıq budur ki, finala çıxmaq üçün lazım olan bütün şərtlərə malik deyildik", - deyə Mbappe qeyd edib. Qeyd edək ki, dünya çempionatının yarımfinalında İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada qolları 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal, 58-ci dəqiqədə isə Pedro Porro vurub. Turnirin ikinci yarımfinalında Argentina və İngiltərə milliləri üz-üzə gələcək. Dünya çempionatının final qarşılaşması isə iyulun 19-da keçiriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin