M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir

İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək. Milli.Az xəbər verir ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi - Təbriz küçəsi - Ağa Nemətulla küçəsi - Heydər Əliyev prospektinin kənar yolu - Mirzə Qədim İrəvani küçəsi - Xətai prospekti - Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)