ABŞ İrana qarşı yeni zərbələr endirdi

ABŞ İrana qarşı növbəti hərbi zərbələr həyata keçirib. Milli.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, əməliyyatların əsas məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq imkanlarını daha da zəiflətməkdir. CENTCOM-un açıqlamasında qeyd olunub ki, zərbələr bölgədə dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)