Professorun oğluna yüksək vəzifə verildi
İqtisad elmləri doktoru, professor Elşad Məmmədov vəzifəyə təyin olunub. Milli.Az Modern.az-a istinadən xəbər verir ki, o, Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin edilib. Qeyd edək ki, professor Elşad Məmmədov Azərbaycanda kifayət qədər tanınmış şəxsin - Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur. Milli.Az

Şərh verin