Biləsuvarda üç maşın toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik və bir yük maşını toqquşub. İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb. Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur. Milli.Az