Biləsuvarda üç maşın toqquşdu — Ölən və xəsarət alanlar var

Biləsuvar rayonunda ağır yol -nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik və bir yük maşını toqquşub. İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb. Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur. Surxay Şahbazov